Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım xidmətinə aprelin 10-dan 14-dək 10 min 669 ümumi çağırış olub, onlardan 1129-u hospitalizasiya edilib.
Çağırışların sayı ən çox aprelin 10-da (ümumi çağırış sayı 2 min 154, hospital olunanların sayı 244 olmaqla), aprelin 14-də (çağırış sayı 2 min 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və sair ilə bağlı olub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-04-2024, 12:14