mobil versiya

“Qarabağ” komandası Bakıya qayıdıb



Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"lə qarşılaşan "Qarabağ" Bakıya geri dönüb.
Komanda az əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Avrokuboklarda tarixi nəticələrə imza atan “Qarabağ”ın qarşılama mərasimi keçirilib. Komandanı idman ictimaiyyəti, media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Almaniya Bundesliqasının liderinə hər iki oyunda 2 qol vuran “Qarabağ” 1/8 final səddini keçə bilməyib – 2:2, 2:3.(idman.biz)

KARUSEL / İDMAN
Tarix: 15-03-2024, 15:25