mobil versiya

Rio-de Janeyroda havanın temperaturu 42 dərəcəyə çatır



Braziliyanın paytaxtı Rio-de Janeyroda havanın temperaturu 42 dərəcəyə çatır. Lakin hiss edilən temperatur 62,3 dərəcə selsidir.
Dövlət qurumları əhalini gündüz saatlarında maksimum az hərəkət etməyə çağırıb. Meteorologiya xidməti isə yaxın günlərdə yağış mövsümünün başlayacağı ilə bağlı xəbərdarlıq edib. İki ay davam edən şiddətli istilərdən sonra ölkənin əksər ərazilərinə böyük həcmdə yağıntının düşməsi, havaların kəskin soyuması gözlənilir.
Ekspertlər hesab edirlər ki, temperatur anomaliyalarının başlıca səbəbi ağacların kütləvi şəkildə qırılmasıdır.

KARUSEL / DÜNYA
Tarix: 19-03-2024, 09:35