mobil versiya

ARB-də bu verilişlərin efir vaxtı azaldılıb



ARB TV-də yayımlanan 3 verilişin yayım saatı dəyişdirilib.
Bu barədə telekanal məlumat yayıb.
Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq.
Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.
Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-03-2024, 13:16