mobil versiya

Xoşqədəm Hidayətqızı "Xəzər Tv"dən ayrıldı




Aparıcı Xoşqədəm Hidayətqızı uzun illərdir çalışdığı "Xəzər" televiziyası ilə yollarını ayırıb.

Bu haqda Xəzər Media Mərkəzindən bildirilib. Məlumata əsasən, proqram növbəti mövsümdən "Xəzər TV"də yayımlanmayacaq:

“Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra “Xəzər TV”də “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır".

Qeyd edək ki, "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva kanaldan öz istəyi ilə ayrılıb. "Xəzər TV"nin rəhbərliyi ona bundan sonra da uğurlar arzu etdiyini bildirir.
SON XƏBƏR / KARUSEL
Tarix: 23-08-2021, 15:30