mobil versiya

Azneft"in direktoru işdən çıxarılıb



SOCAR-ın "Azneft" İstehsalat Birliyində kadr dəyişikliyi olub.
Bu barədə SOCAR-ın mətbuat mərkəzindən bildiriblər.
Belə ki, Şahmar Hüseynov birliyin baş direktoru vəzifəsindən azad edilib və SOCAR prezidentinin müşaviri təyin olunub.
Qeyd edək ki, Şahmar Hüseynov 2019-cu ilin dekabr ayından "Azneft" İB-nin rəhbəri vəzifəsində çalışıb.
"Azneft" İB-nin yeni baş direktoru isə "Ümid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov təyin edilib.
Əli Qurbanov 1991-1998-ci illərdə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə o bp-də çalışıb, 2011-ci ildə yenidən SOCAR-a qayıdıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 28-03-2024, 13:32