Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq avtomobil daşımaları üzrə sazişlər imzalamağı planlaşdırır

Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq avtomobil daşımaları üzrə tərəfdaşlarla sazişlər imzalamağı planlaşdırır.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsyu Sinli COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib
"Çin sərhəd idarəçiliyi, sərhəd-keçid məntəqələrinin istismarı və transsərhəd obyektlərin tikintisi kimi sahələrdə əməkdaşlıq üzrə bir çox saziş imzalayıb. Çinin miqrasiya orqanları Rusiya, Monqolustan və Qazaxıstan da daxil olmaqla 11 qonşu ölkə ilə birlikdə dəniz əlaqələri üzrə üçtərəfli mexanizm yaradıb. Bu mexanizm limanlarda gömrük prosedurlarına dair məlumat mübadiləsini, fövqəladə hallar zamanı operativ həll yollarının tapılmasını, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsini və gömrük rəsmiləşdirilməsinin, liman əməliyyatlarının fasiləsiz həyata keçirilməsini təmin edir.
Çinin nəqliyyat qurumları və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsindəki tərəfdaşlar beynəlxalq avtomobil daşımaları və transsərhəd infrastrukturun tikintisi üzrə sazişlərin imzalanması üçün danışıqlar aparır", – deyə o vurğulayıb.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-11-2024, 13:02