mobil versiya

Tehranda mitinqdə “Ermənistana ölüm!” şüarı



Tehranda İran İslam İnqilabının qələbəsinin 41 illiyinə həsr olunmuş təntənəli yürüş-mitinqdə “Ermənistana ölüm!” şüarı səslənib.
“Ölkə.Az”  xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər verir.


Yürüş-mitinqdə iştirak edənlər ənənəvi olaraq “Amerikaya ölüm!” şüarı səsləndirib, ancaq aksiyada iştirak edənlərin bir qismi “Ermənistana ölüm!” “Mərg bar Armanestan”  şüarını səsləndiriblər.    

Ermənistan mediası həmin şəxslərin Azərbaycan türkü olduğunu  qeyd etsə də, İran mediası həmin şəxslərin ABŞ-ın iranlı general Süleyman Qasımini öldürməsindən sonra Ermənistanın sərgilədiyi mövqeyə bu formada etirazı olub.

Qeyd edək ki, Ermənistan rəhbərliyi iranlı general Süleyman Qasıminin öldürülməsində ABŞ-ı açıq şəkildə dəstəkləyib.

KARUSEL / SİYASƏT / DÜNYA
Baxılıb: 28 Tarix: 13-02-2020, 15:45


Şərh bildir
yenilə, əgər kod görünmürsə