mobil versiya

Rəsmi Moskva Ermənistana etiraz edib



Rusiyanın “ORSIS” şirkətinin iştirak etdiyi silah tenderinin dayandırılmasına görə Ermənistana etiraz edilib. 

BAKU.WS
xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb. 

Rəsmi Moskva mövcud vəziyyətlə bağlı Ermənistanın müdafiə naziri David Tonoyandan problemi aradan qaldırmasını istəyib.

Qeyd edək ki, 2019-cu ilin avqust ayında “ORSIS” şirkətinin qatıldığı bir neçə milyon dollarlıq silah tədarükü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin tenderinin ləğvindən sonra ölkədə “xidmətə qarşı laqeydlik” maddəsi ilə cinayət işi başlanılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-10-2019, 10:15