Nazir yanğın baş vermiş əraziyə gəlib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib.
Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2025, 11:28