ABŞ Çinə qarşı Sakit Okeanda təlimlərə başlayıb

ABŞ Donanması Çin təhdidinə qarşı Sakit okeanda hərbi təlim keçirib.
Əməliyyat “2025 Qlobal Miqyaslı Böyük Təlim” çərçivəsində "USNS Gopher State" gəmisinin iştirakı ilə keçirilib. Virciniya sahillərində keçirilən təlim zamanı ilk dəfə olaraq açıq dənizdə həm ön, həm də arxa raket buraxılış sistemlərinə eyni anda raket yüklənib.
"Məqsəd ABŞ gəmilərinin limana dönmədən, “üzən döyüş bazası” kimi fəaliyyət göstərməsi və Çin zərbələrinə qarşı dözümlülüyün artırılmasıdır", -deyə məlumatda qeyd olunub. ("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:09