Azərbaycanda istifadə edilən əməliyyat sistemləri üzrə göstəricilər açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən əməliyyat sistemi “Android” olub.
Bu barədə “StatCounter” xəbər verir.
Ay ərzində bu əməliyyat sisteminin ölkə üzrə bazar payı 57,92%-ə bərabər olub. Bu isə iyun ayı ilə müqayisədə 13,07 faiz bəndi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,08 faiz bəndi azdır.
Bazar payına görə ikinci sırada “Windows”, üçüncü sırada isə “iOS” qərarlaşıb. “Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payı 18,33% təşkil edib. Bu bir öncəki ayla müqayisədə 6 faiz bəndi, illik müqayisədə 0,24 faiz bəndi çoxdur.
İyulda iOS əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 13,55% olub. Bu isə aylıq müqayisədə 3,89 faiz bəndi, illik müqayisədə 2,36 faiz bəndi çoxdur.
“OS X” və “Linux” əməliyyat sistemləri bazar payına görə müvafiq olaraq dördüncü və beşinci yerləri tutub. “OS X” üzrə bazar payı 1,61% (aylıq 0,59 faiz bəndi, illik 0,21 faiz bəndi çox) təşkil edib. “Linux” üzrə bazar payı 1,27% (aylıq 0,47 faiz bəndi çox, illik 0,16 faiz bəndi az) olub. (apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 17:21