mobil versiya

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb





Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.


Bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.


Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Qeyd edək ki, 24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşmalı idi.


Reportyor.az





KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 09:46