mobil versiya

Rezidentura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesinə başlanılır



Sentyabrın 5-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyat prosesinə start verilir.


Elm və Təhsil Nazirliyindən bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 10 sentyabr saat 18:00-da başa çatacaq.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-09-2024, 10:39