mobil versiya

Ümumi orta təhsil bazasından kolleclərə qeydiyyat başlanıb




Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.


Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat sentyabrın 17-si saat 18:00-da başa çatacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 10-09-2024, 15:46