Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi uzadılıb
![](/uploads/posts/2024-08/1724072639_1724072638047.png)
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi avqustun 22-si saat 18:00-dək uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müraciət üçün https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidməti seçilməlidir.
Qeydiyyatla bağlı müraciət etməyən şəxslər qəbul olanların siyahısından xaric olunacaqlar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-08-2024, 17:04