mobil versiya

Əl-Şeybani Moskvada Suriya icmasının üzvləri ilə görüşü





Suriyanın xarici işlər və qürbətçilər naziri Əsəd əş-Şeybani Rusiyanın paytaxtı Moskvada Suriya icmasının üzvləri ilə görüşüb.

Bu barədə SANA məlumat yayıb.

Əl-Şeybani Suriya dövlətinin xaricdəki vətəndaşlarına qayğı göstərməyə və onların vətənləri ilə əlaqələrini gücləndirməyə sadiq olduğunu təsdiqləyib.

Nazir yeni Suriyanın bərpasına dəstək vermək və onun xaricdə imicini artırmaqda cəmiyyətin mühüm rolunu qeyd edib.

Reportyor.az








KARUSEL / DÜNYA
Tarix: Dünən, 13:09