mobil versiya

İndoneziya Prezidentinin pişiyi dövlət tərəfindən qorunur




İndoneziya Prezidenti Prabovo Subiantonun “Bobbi Kertaneqara” adlı pişiyi dövlət tərəfindən qorunur.

Bu barədə ölkənin Dövlət Katibliyinin müavini Curi Ardiantoro məlumat verib.

Onun sözlərinə görə, dövlətin vəzifəsi yalnız prezidentin deyil, həm də ona məxsus əmlakın təhlükəsizliyini təmin etməkdir. “Dövlət onun (pişiyin) mühafizəsini təmin edə bilərmi? Əlbəttə, edə bilər. O zaman bu etirazlar nəyə lazımdır?”, – deyə Ardiantoro Tempo portalına açıqlamasında bildirib.



Məsələ, Cakartada keçirilən bir tədbirdə prezident pişiyinin bir neçə polis tərəfindən mavi xalça üzərində uşaq arabasında aparılmasını əks etdirən videonun ictimai rezonans doğurmasından sonra gündəmə gəlib.

Bobbi Kertaneqara 2017-ci ildə küçələrdən götürülüb. Prabovo Subiantonun 2024-cü ilin oktyabrında andiçmə mərasimindən sonra pişik Cakartadakı Merdeka prezident sarayında məskunlaşıb. Ev heyvanının öz sosial media hesabları var, burada o, abunəçilər arasında çox populyardır.

Reportyor.az 


MARAQLI / KARUSEL
Tarix: Dünən, 18:13