İlin ilk yarısında daxili turizm xərcləri 2,5 mlrd. manatı ötüb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə çəkilən xərclərin ümumi həcmi 2 milyard 526,8 milyon manat olub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisdə 13.6% çoxdur.
Qeyd edək ki, xərclər arasında ən böyük pay alış-veriş və hədiyyələrin alınmasına düşüb – 647,2 milyon manat. Daha sonra qidalanma (616,6 milyon manat), yerləşmə xidmətləri (467,9 milyon manat) və nəqliyyat xidmətləri (373,2 milyon manat) gəlir. Bu dörd istiqamət birlikdə ümumi məbləğin təxminən 83,3%-ni formalaşdırıb.
Bununla yanaşı, daxili turistlər digər xərclərə 201,1 milyon manat, idman-əyləncə xidmətlərinə 104,3 milyon manat, yanacağa 39,5 milyon manat, mədəniyyət xərclərinə isə 35,4 mln manat yönəldiblər. Avtomobil və digər nəqliyyat vasitələrinin icarəsi – 23,2 mln manat, turizm zərflərinin alınması – 18,3 mln manat təşkil edib. (APA)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:02