Xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb
Cari ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25 milyard 174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilib.
Maliyyə Nazirliyindən bildirilib ki, hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.
Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15 milyard 459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyard 41,3 milyon manat və ya 9,5 faiz çox), 8 milyard 419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1 milyard 295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilib.
Həmçinin cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-10-2024, 14:13