mobil versiya

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 4 ayında proqnozla müqayisədə 2,2 faiz və ya 47 milyon manat çox olmaqla 2 milyard 169 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 10 faiz və ya 157 milyon manat artaraq 1 milyard 811 milyon manat olub.
Yanvar-aprel aylarında DSMF-nin xərcləri 2 milyard 271 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 267 milyon manat çoxdur.

KARUSEL / SOSİAL
Tarix: 10-05-2024, 16:15