DSMF-nin ötən ildəki gəlirləri 6 milyard 677 milyon manat təşkil edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü ildəki gəlirləri əvvəlki ilə nisbətən 948 milyon manat və ya 17 faiz çox olmaqla 6 milyard 677 milyon manat təşkil edib.
Bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
H.Məmişov qeyd edib ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 milyon manat artaraq 5 milyard 197 milyon manata çatıb.
KARUSEL / SOSİAL
Tarix: 10-01-2024, 11:40