Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi komitədə müzakirə ediləcək.(trend)
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:04