mobil versiya

Azərbaycan Slovakiyada səfirlik açacaq


Azərbaycan Slovakiyada səfirlik açacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, bundan öncə, 18 Noyabr 2022 tarixdə Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik, Fələstində isə Təmsilçilik Ofisi açılması ilə bağlı qanun layihələrini qəbul edib. Azərbaycanın ümumilikdə xarici ölkələrdə 89 diplomatik nümayəndəliyi, o cümlədən 66 səfirliyi, 6 daimi nümayəndəliyi, 9 baş konsulluğu, 8 səfirlik və təmsilçilik ofisi fəaliyyət göstərir.


KARUSEL / SİYASƏT
Tarix: 7-07-2023, 13:26