İslandiya – Azərbaycan oyununun hakimləri

Reykyavikdə İslandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb.
Qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçı FİFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək.
Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:11