İsrail döyüş təyyarələri Xan Yunisdə bir evi bombalayıb

Bazar ertəsi İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunisdə bir evi bombalaması nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb.
Reportyor.az xəbər verir ki, Fələstin xəbər agentliyinin (WAFA) məlumatına görə, İsrail artilleriyası Xan Yunisin cənub bölgələrini də atəşə tutub, eyni zamanda Qəzza zolağının cənubunda da güclü atışma qeydə alınıb.
Bu arada İsrail qüvvələrinin Rafahın Mavasi bölgəsində balıqçı qayıqlarına atəş açması nəticəsində bir balıqçı yaralanıb. Rəfahın şimal bölgələrində də İsrail ordusu bir neçə yaşayış evini söküb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına davam edən təcavüzü ilkin məlumatlara görə, əksəriyyəti qadın və uşaqlar olmaqla 50 933 fələstinlinin ölümü və 116 450 nəfərin yaralanması ilə nəticələnib. Çox sayda qurbanın dağıntılar altında qalması və ya küçələrdə yatması, təcili yardım və xilasetmə qruplarının onlara çata bilməməsi səbəbindən sayının artacağı gözlənilir.
KARUSEL / DÜNYA
Tarix: 14-04-2025, 10:36