“Xankəndi” Region Liqasının yarımfinalına vəsiqə qazanıb

“Xankəndi” komandası AFFA Region Liqasının yarımfinalına vəsiqə qazanıb.
Reportyor.az xəbər verir ki, bu, 1/4 finalın “Çinar Zəngilan”la cavab matçından (3:0) sonra reallaşıb.
İlk matçda 2:0 hesablı qələbə qazanan “Xankəndi” iki oyunun nəticəsinə görə yarımfinalda mübarizə aparmaq hüququ əldə edib.
Region Liqasının yarımfinal matçları növbəti həftə keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 8-05-2025, 17:06