mobil versiya

XİN Hindistana təyyarə qəzası ilə bağlı başsağlığı verib



Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib.

Reportyor.az xəbər verir ki, bununla bağlı XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəvi təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc olacağınıza ümid edir və şəfa arzulayırıq”, - deyə paylaşımda bildirilib.

KARUSEL / SİYASƏT
Tarix: 12-06-2025, 15:08