“Neftçi” Yunanıstan komandası ilə oynayacaq

Yunanıstanın “Asteras” (Tripolis) klubu yeni mövsümə hazırlıq planlarını açıqlayıb.
Reportyor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Yunanıstan təmsilçisi bir sıra yoxlama oyunlarına çıxacaq. Həmin rəqiblərdən biri də “Neftçi” olacaq. Bu oyun iyulun 27-də, Polşada təlim-məşq toplanışı zamanı keçiriləcək.
“Neftçi” hələ ki, yeni mövsümə hazırlıq planlarını açıqlamayıb.
KARUSEL / İDMAN
Tarix: 18-06-2025, 11:16