UEFA Rusiya klublarına 15 milyon avrodan çox pul ödəyib

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə:
2021/22 mövsümündə – 6,2 milyon avro,
2022/23 mövsümündə – 3,3 milyon avrodan çox,
2023/24 mövsümündə – 3,38 milyon avrodan çox,
2024/25 mövsümündə – 4,22 milyon avrodan çox vəsait ödənilib.
Bu ödənişlər Rusiya Futbol İttifaqına daxil olub və yerli klublar arasında paylanıb.
2022-ci ilin fevralında FİFA və UEFA Rusiya klublarını və milli komandalarını Ukraynadakı vəziyyətə görə beynəlxalq turnirlərdən qeyri-müəyyən müddətə uzaqlaşdırıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 14:51