Matiçin yeni klubu məlum olub

37 yaşlı yarımmüdafiəçi Nemanya Matiç karyerasını İtaliyada davam etdirməyə yaxındır.
KİV xəbər verir ki, serbiyalı futbolçu “Sassuolo” ilə azad agent kimi razılığa gəlib. Müqavilənin müddəti cari mövsümün sonuna qədər qüvvədə olacaq və tərəflərin istəyindən asılı olaraq 2027-ci ilə qədər uzadıla bilər.
Matiç ötən həftə klubsuz qalıb – onun “Lion”la sözləşməsi qarşılıqlı razılıqla pozulmuşdu. O, A Seriyasına yad deyil, 2022–2023-cü illərdə “Roma”nın heyətində çıxış edib.
“Sassuolo” ötən mövsüm B Seriyasını 1-ci pillədə tamamlayaraq elitaya qayıdıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 22-08-2025, 14:07



























