mobil versiya

Qətər Əmiri Səudiyyə Ərəbistanı səfirinə Əl-Vəcbə ordeni verib




Əmir Şeyx Təmim bin Həməd Al-Tani Əmiri Divanda öz ofisində qardaş Səudiyyə Ərəbistanı Krallığının Qətər Dövlətindəki səfiri Şahzadə Mənsur bin Xalid bin Abdulla Əl-Fərhan Əl-Səud ilə görüşüb.

Əmir iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Səudiyyə Ərəbistanı səfirinə “Əl-Vəcbə” (Al Wajbah)  ordenini təqdim edib, ona gələcək missiyalarında uğurlar, iki ölkə arasında əlaqələrin daha da inkişaf və tərəqqisini arzulayıb.

Səudiyyə Ərəbistanının səfiri də öz növbəsində Əmir HH-ə və dövlət rəsmilərinə ölkədəki işinin uğuruna töhfə verən əməkdaşlığa görə təşəkkürünü və minnətdarlığını bildirib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:27