FİFA-dan yeni addım

FİFA sentyabr və oktyabr aylarındakı beynəlxalq fasilələri birləşdirir.
Xarici KİV xəbər verir ki, növbəti mövsümdən etibarən sentyabr və oktyabr beynəlxalq fasilələri FİFA-nın rəsmi saytındakı cədvələ uyğun olaraq, təxminən üç həftə davam edən bir fasiləyə birləşdiriləcək. Bununla belə, noyabr tətili əvvəlki kimi qalacaq.
Əvvəllər bildirilirdi ki, bu müddət ərzində hər komanda indiki kimi iki deyil, dördə qədər oyun keçirəcək.
2026-cı ildə ilk payız beynəlxalq fasiləsi sentyabrın 21-dən oktyabrın 6-dək davam edəcək. Yeni cədvəl ən azı 2030-cu ilə qədər qüvvədə olacaq. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:23