mobil versiya

İsmayıllıda ət satışı məntəqəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb




Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İsmayıllı rayonu, Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Salmanov Şirvan Aslan oğluna məxsus ət satışı məntəqəsində yoxlama keçirib.

Baxış zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunverciliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:27