mobil versiya

Qaradağ rayonunda “Tur” marketin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb



Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı şosesində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Seymur Türbət oğluna məxsus “Tur” marketdə yoxlama keçirib.

Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin məhsulların döşəmə və divardan ara məsafə gözlənilmədən saxlanıldığı, xammalın qəbulu və saxlanması sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, anbarda qida məhsulu saxlanan rəflərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək marketin anbar sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:14