Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Əhməd oğluna məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati tədbir görülüb, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-10-2023, 13:50