Sanitar-gigiyenik tələblərə cavab vermədüyü üçün kafenin fəaliyyəti məhdudlaşdırılıb
Masallı rayonu, Təklə kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qasım Nəsir oğluna məxsus “Muğan” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, qida obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, temperatur rejiminə əməl olunmadığı, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək kafenin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-10-2024, 11:57