Maştağa qəsəbəsində fəaliyyət göstərən iaşə obyektində ciddi nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Əhədov Zakir Vahab oğluna məxsus iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair müvafiq tələblərin pozulduğu müəyyən olunub.
Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, qida məhsulları ilə təmasda olan səthlərin, eləcə də döşəmə, divar və tavanın asan yuyulub təmizlənə bilən gigiyenik materialla üzlənmədiyi, əlyuma çanağının yuyucu maddə və gigiyenik qurutma vasitəsi ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin tibbi müayinəyə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2024, 15:24