mobil versiya

Bakıda fəaliyyət göstərən iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb





Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Cahangir Qəhrəman oğluna məxsus iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.

Reportyor.az
xəbər verir ki, masaların və qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən gigiyenik materialla üzlənmədiyi, işçilərin əllərinin, qida məhsullarının və avadanlıqların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, tullantı qablarının ağzıaçıq şəkildə saxlanıldığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq geyimlə təchiz olunmadığı və mütəmadi olaraq tibbi müayinədən keçmədiyi, təmizlik inventarlarının və yuyucu maddələrin saxlanılması, eləcə də işçilər üçün ayrıca sahə və ya dolabın təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-10-2024, 17:21