“Bu cür qələbələr futbolumuz üçün önəmlidir“ - Qurbanov

Bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib: “Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:57