Səfir: “Bu gün keçirilən sərgidə Qətərin fəxri qonaq kimi iştirak etməsi bizim üçün böyük qürurdur"

Bu fikirləri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində müsahibə verən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri deyib. Diplomat vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, mədəniyyət, təhsil və digər humanitar sahələrdə də genişlənir.
“Bu gün keçirilən sərgidə Qətərin fəxri qonaq kimi iştirak etməsi bizim üçün böyük qürurdur. Bu, ölkəmizə göstərilən etimadın və Azərbaycanla aramızdakı sarsılmaz dostluğun göstəricisidir. Qətərdə nəşriyyat və poliqrafiya sahəsinə, kitabxanaların inkişafına xüsusi diqqət yetirilir və bu istiqamətdə Azərbaycanla əməkdaşlığın daha da güclənəcəyinə inanılır”, - deyə səfir əlavə edib. (Azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-10-2025, 14:44