mobil versiya

Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır



Səhiyyə Nazirliyində Qətər Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüş keçirilib.

Reportyor.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Səhiyyə naziri Teymur Musayev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.

Həmçinin, Azərbaycanla Qətər arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd olunub. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.


Öz növbəsində Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-04-2025, 12:06