Rusiya bu tarixdən qanuni statusu olmayan əcnəbiləri deportasiya edəcək

Rusiyada qalmaq üçün hüquqi əsaslarını itirmiş əcnəbi vətəndaşlar yalnız sentyabrın 10-da günün sonuna qədər öz hüquqi statuslarını sərbəst şəkildə tənzimləyə biləcəklər. Bundan sonra onlar bu ölkədən deportasiya ediləcək.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik xatırladıb ki, Rusiya Federasiyası Prezidentinin belə bir imkan yaradan müvafiq fərmanının müddəti sentyabrın 10-da başa çatır. Sentyabrın 11-dən qaydaları pozanlara qarşı qanunla nəzərdə tutulmuş bütün tədbirlər, o cümlədən Rusiyaya yenidən girişə qadağa qoyulması tətbiq olunacaq.
Daxili İşlər Nazirliyi bildirib ki, bu, müvəqqəti yaşamaq icazəsi almaq hüququ olan və ya öz ölkəsində daimi qeydiyyatı olduqda Rusiya vətəndaşlığı üçün müraciət edən Ukrayna vətəndaşlarına da aiddir. Sabahdan etibarən qanunu pozan əcnəbilərə nikahı qeydiyyata almaq və ya pozmaq, uşaqları uşaq bağçalarına və məktəblərə yerləşdirmək, nəqliyyat vasitələrini idarə etmək və digər sosial əhəmiyyətli xidmətlərdən istifadə qadağan ediləcək.
Nazirlik qeyd edib ki, əcnəbi vətəndaşlar yaşadıqları yer üzrə Daxili İşlər Nazirliyinin pasport-viza mərkəzinə və ya ən yaxın miqrasiya idarəsinə, Moskvada isə “Saxarovo” miqrasiya mərkəzinə müraciət edərək statuslarını tənzimləyə bilərlər. (Azərtac)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:47