Litvada yanacaqla dolu vaqonların alovlanmasından sonra partlayış səsləri eşidilib

Litvanın paytaxtının ətrafında mayeləşdirilmiş təbii qazla dolu bir neçə vaqonun alışmasından sonra güclü partlayış səsləri eşidilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bir nəfər xəsarət alıb. Vilnüsdə tüstü sütunları görünürdü və ərazidə yaşayan sakinlərə evdə qalmaları barədə xəbərdarlıq edilib.
Səbəb dərhal aydın deyil, lakin yerli media hadisənin arxasında işçinin diqqətsiz davranışının ola biləcəyini bildirdi. Polis bildirib ki, yanan vaqonlar Polşanın Orlen şirkətinə məxsusdur.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:37