mobil versiya

Müdafiə komissarı: Aİ şərq cinahı boyunca “dron divarı” yaratmalıdır





Polşanın Ukraynanın qərbində Rusiyanın hücumu zamanı hava məkanına daxil olan pilotsuz təyyarələri vurmasından sonra Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bildirib ki, Avropa İttifaqı ortaq sərhədlərinin şərq cinahı boyunca “dron divarı” inşa etməlidir.

Bu barədə Kubilius sosial media platforması X-da yazıb: "Rusiya növbəti dəfə sərhədyanı dövlətləri, Aİ və NATO-nu sınaqdan keçirir. Biz Üzv Dövlətlər, sərhəd ölkələri və Ukrayna ilə birlikdə işləyəcəyik. Rusiya dayandırılacaq".

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:50