mobil versiya

Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanına daxil olub



Fevralın 14-nə keçən gecə Hollandiyanın F-35 qırıcıları Polşanın hava məkanında üç Rusiya hərbi təyyarəsindən ibarət qrupun qarşısını alıb və onları müşayiət edib.
Bu barədə “Reuters“ Niderlandın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik bildirib ki, təyyarələr Kalininqraddan Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşarkən müşahidə edilib. Məlum olub ki, hava məkanına 2 əsəd Su-27 və 1 ədəd İl-20 təyyarəsi daxil olub.
Niderlandlı pilotlar aviadəstəni uzaqdan müşayiət edib və sonra müşayiəti NATO tərəfdaşlarına təhvil veriblər.
KARUSEL / DÜNYA
Tarix: 14-02-2023, 09:39