mobil versiya

Ronaldinyonun oğlu İngiltərə klubunda oynayacaq




Braziliyalı sabiq futbolçu Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirməyə yaxındır. 2005-ci il təvəllüdlü futbolçu Çempionşipdə çıxış edən “Hall Siti” ilə müqavilə bağlamaq üzrədir.

xarici KİV xəbər verir ki, 20 yaşlı oyunçu İngiltərə futboluna xüsusi maraq göstərir. O, daha əvvəl “Bernli”in gənclər komandasında da çıxış edib. Gənc futbolçu şəxsi yolu ilə getmək niyyətindədir və bununla bağlı öz mövqeyini belə ifadə edib:
“Mən atam olmaq istəmirəm, mən Joao Mendeşəm”.

Bu yanaşma onun vaxtilə atasının ən parlaq illərini keçirdiyi “Barselona”nı tərk etməsinə də səbəb olub. Braziliyalı futbolçu orada yaranan müqayisələrdən və təzyiqlərdən narahatlıq hiss etdiyini gizlətmir.
Ronaldinyo karyerası boyunca heç vaxt İngiltərədə çıxış etməyib. Mümkündür ki, məhz bu səbəbdən, Joao Mendeş üçün İngiltərə yeni bir başlanğıc və fərqlənmək üçün ideal məkandır.

Reportyor.az




KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:32