mobil versiya

“Qalatasaray”ın yarımmüdafiəçisi "Seviliya"da - Üçillik müqavilə




İspaniyanın “Sevilya” klubu yeni transferini açıqlayıb.

APA -nın məlumatına görə, La Liqa klubu Türkiyə təmsilçisi “Qalatasaray”ın futbolçusu Fernandonu heyətinə qatıb.

İstanbullular bu transferdən 4,5 milyon avro qazanıb. Futbolçu ilə üçillik müqavilə imzalanıb.

Braziliyalı yarımmüdafiəçi əsasən İngiltərənin “Mançester Siti” klubundan tanınır. 31 yaşlı futbolçu “Vila Nova” klubunun yetirməsidir. “Portu”, “Eştrela” (hər ikisi Portuqaliya) və “Mançester Siti”də (İngiltərə) oynadıqdan sonra “Qalatasaray”a keçən cənubi amerikalı 2017-ci ildən oynadığı komandada 58 matça 4 qol vurub. 4 dəfə Portuqaliya, 2 dəfə Türkiyə çempionu olan Fernando vaxtilə Braziliyanın U-20 millisində də çıxış edib.

İDMAN
Tarix: 15-07-2019, 20:14