mobil versiya

MY Səudiyyə Ərəbistanında oynayan hücumçunu 60 milyon avroya almağa hazırdır



Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubunda çıxıç edən hücumçu Matteo Retegi Avropaya qayıda bilər.

Bu barədə “Fichajes” məlumat yayıb.

26 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirə bilər. “Mançester Yunayted” onu transfer etməkdə maraqlıdır və klub rəhbərliyi onun alınmasına təxminən 60 milyon avro ayırmağa hazırdır. Mümkün transferin gələn yay baş tutacağı gözlənilir.
İtaliyalı forvard Səudiyyə Ərəbistanı klubuna keçməzdən əvvəl “Atalanta”da çıxış edib. Onun “Əl-Qadisiyyə” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir. (komanda.az)


KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:07