mobil versiya

“Ərciman” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib





Azərbaycan Milli Xalça Muzeyində “Ərciman” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib.

Quba – Şirvan növünün Şirvan qrupuna aid bu yeni sənət nümunəsi muzeyin ekspozisiyasında nümayiş olunan, XIX əsrin əvvəllərində toxunmuş “Ərciman” xalçasının əsasında ərsəyə gətirilib.



Muzeyin ənənəvi texnologiya şöbəsində hazırlanan xalçanın texniki eskizinin müəllifi xalçaçı-rəssam Şəbnəm Piriyeva, toxucuları Südabə Rüstəmova və Mirvari Cəfərovadır.

Adını Şamaxının Ərciman kəndindən alan bu xalçaların ara sahəsinin kompozisiyası şaquli istiqamətdə yerləşdirilmiş bir neçə göldən ibarətdir. Göllərin əksəriyyəti səkkizbucaqlı formaya malik olub, haşiyələrlə və ya kiçik kvadratlarla bəzədilir.


Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-12-2025, 12:07